İlin ikinci Ay tutulması başlayıb

İlin ikinci Ay tutulması başlayıb
 2020-ci ilin ikinci Ay tutulması hadisəsi davam edir.

Sfera.az xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:46-da başlayıb və saat 01:04-də sona çatacaq.

Tutulmanın maksimumu saat 23:26-da olacaq.

Bununla da 2020-ci ilin ikinci Ay tutulması hadisə iyun ayının 5-dən 6-sına keçən gecəni əhatə edəcək. Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidəsi mümkün olmayacaq, yalnız xüsusi cihazlar vasitəsi ilə prosesi müşahidə etmək olur. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, ilin ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə Bakı vaxı ilə saat 21:08-dən 01:12-dək davam etmişdi.

Bu il daha iki Ay tutulması hadisəsinin baş verəcəyi gözlənilir. 3-cü Ay tutulması iyulun 5-də, 4-cü Ay tutulması hadisəsi isə noyabrın 30-da baş verəcək.

OXŞAR XƏBƏRLƏR

Xaçmazda evdə yanğın olub, xəsarət alan var

 Xaçmaz rayonunda ümumi sahəsi 36 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 21 m² sahədə yanıb. Bu barədə Sfera.az Fövqəladə Ha...

"Şahdağ" Milli Parkında yanğın olub

 Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb. Bu barədə Sfera...

Azərbaycanda COVID-19-un həkimləri qəzaya düşdü - 7 nəfər yaralandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan zaman qəzaya düşən Xudat Şəhər Mərkəzi Xəstəxanasının həki...

Ermənistan cəbhə xəttində növbəti təxribat törədib

  Ermənistan silahlı qüvvələri cəbhə xəttində növbəti təxribat törədib. Sfera.az  xəbər verir ki, işğalçı ordunun bölmələri qoşunların təmas xəttini...

SON DƏQİQƏ! 4 yüksək rütbəli polis koronavirusa yoluxdu

  Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bir neçə əməkdaşı koronavirusa yoluxub. Sfera.az APA-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İ...

SON DƏQİQƏ! Azərbaycanda polislərə hücum olunub - VİDEO + FOTO

  Azərbaycanda polislərə növbəti hücum olunub. BAXAR.AZ-a daxil olan görüntülərdə bir qrup insanın polislərə hücum etdiyi görünür. Polis əməkdaşları vətə...