İlham Əliyevdən Xoşbəxt Yusifzadə ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən Xoşbəxt Yusifzadə ilə bağlı SƏRƏNCAM
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

 
Sfera.az xəbər verir ki, 2020-ci ilin yanvar ayında tanınmış neftçi-alim və geoloq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, iki dəfə respublika Dövlət Mükafatı və Heydər Əliyev Mükafatı laureatı, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin 90 yaşı tamam olur. 

Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb.

Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilib istismara verilib. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi vardır. Geoloq-alimin neft və qaz sənayesinin aktual problemlərinin həllinə dair araşdırmaları layiqincə qiymətləndirilib.

OXŞAR XƏBƏRLƏR

İsa Qəmbərin namizəd olacağı dairə açıqlandı

  Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin deputatlığa namizəd olacağı dairə açıqlanıb. Sfera.az xəbər verir ki, partiya İsa Qəmbərin namizədliyin...

Prezident Dövlət Komissiyasının tərkibini dəyişdirdi - SƏRƏNCAM

  Prezident İlham Əliyev "Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublik...

Prezident İsrafil Məmmədovur qəbul edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru...

Əli Əsədov sürüşmə zonasında olub, tapşırıqlar verib

  Prezident İlham Əliyevin tapşırığı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasına baxış keçiriblər. Sfera.az xəbər verir...

İşsizlərə ŞAD XƏBƏR - DİQQƏT !!!

  "Məşğulluq məsələsi, xüsusilə də gənclərin məşğulluğu dünyada əmək sferasının inkişafı üçün ən vacib məsələlərdən biridir". Əmək və Əhalinin Sosial Müd...

Vilayət Eyvazov yol polisinə yeni rəis təyin etdi

  Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Daşkəsən rayon Dövlət Yol Polis Bölsinə yeni rəis təyin edilib. Sfera.az bildirir ki, ...