İlham Əliyevdən sərəncam: Üç general istefaya buraxıldı

İlham Əliyevdən sərəncam: Üç general istefaya buraxıldı
 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. 


Sərəncamda deyilir:

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci və 42.0.1-ci maddələrinə, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsinə əsasən qərara alıram: 

1. Aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar:

general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

general-leytenant Xəlilov Əsgər Sabir oğlu

general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

(azərtac)


OXŞAR XƏBƏRLƏR