İlham Əliyevdən qida təhlükəsizliyi haqda mühüm qərar

İlham Əliyevdən qida təhlükəsizliyi haqda mühüm qərar
 

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.

 

Sfera.az xəbər verir ki, ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə qərara alınıb:

 

1. "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin.

 

2. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi:

 

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

 

2.2. həmin Dövlət Proqramında qeyd olunan tədbirlərin, beynəlxalq təcrübə nəzərə alınmaqla, əsas icra indikatorlarını üç ay müddətində müəyyən etsin;

 

2.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

3. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.

 

4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

 

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


OXŞAR XƏBƏRLƏR

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

"Qərb ölkələri Ukrayna münaqişəsinin həlli səbəbilə danışıqlara başlamaq üçün Ukrayna lideri Volodimir Zelenskiyə koordinasiyalı diplomatik təzyiq göstərmə...

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib.    Sfera.az xəbər verir ki, o, kanalla işbirliyinə son qoyub.    S.Mustafayeva xəbəri...

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Milli Məclisin növbəti iclası mayın 21-də keçiriləcək.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib:   1. İnsan a...

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Rusiyanın Xarkovu ələ keçirmək planı yoxdur.   Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib....

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Cıdır düzündə olublar.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.   Sfera.az xəbər verir...