İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Sfera.az xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu il ticarət dövriyyəsinin 7 faiz artdığı qeyd olundu. Rusiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi bildirilərək, Prezident İlham Əliyevin bu işdə dəstəyinin önəmi vurğulandı. Bildirildi ki, görüş keçirildiyi vaxtda eyni zamanda Azərbaycan-Rusiya işgüzar dairələri arasında da danışıqlar davam edir.

Görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olundu. Əminlik ifadə edildi ki, Azərbaycan-Rusiya münasibətləri müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcək.

Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkürünü bildirdi.

Görüşdə o da qeyd olundu ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcəkdir.

 
 11:45
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Sfera.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Elçin Quliyev şəhid hərbçilərdən DANIŞDI

"Çıxış etmək ağırdı. Silahdaşlarımızı itirdik. Müharibə iştirakçılarını itirdik. Vətən sağ olsun". Sfera.az xəbər verir ki, bunu ötən gün Xızıda şəhid ola...

"Yeganə təsəllimiz odur ki..." - DSX-nin rəis müavini

"Şəhidlər ölmür sözü əbəs deyilmir. Şəhidlərin xatirəsi daim qəlbimizdə yaşayacaq".   Sfera.az xəbər verir ki, bunu ötən gün Xızıda şəhid olan hərbçilərl...

"Bu peşəkar heyəti 5-10 illər ərzində hazırlamışdıq" - General

"Biz bu peşəkar heyəti 5-10 illər ərzində hazırlamışdıq. Bu bizim üçün böyük itkidir". Sfera.az xəbər verir ki, bunu ötən gün Xızıda şəhid olan hərbçilərl...

Əziz Səncər: "Azərbaycanlı qardaşlarımız Qarabağı azad etməklə bütün dünyaya dərs verdi"

"Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı". Sfera.az xəbər verir ki, bu fikirləri dünya şöhrətli alim, Nobel mükafatı...

Ərdoğan və Putin telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə dekabrın 3-də telefonla danışacaq. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə x...

Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində Qarabağda dayanıqlı sülh üçün perspektivlər

Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri bu yaxınlarda Brüsseldə idarəetmə və investisiyaya güclü diqqət yetirərək tərəfdaşlığı inkişaf etdirmək, eləcə də yeni ...