İlham Əliyev: "Paşinyan hakimiyyətə gələndən sonra bu cür görüşlər keçirilməyib"

İlham Əliyev:
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla Moskvada danışıqlara hazır olduğunu bəyan edib, lakin İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə konstruktiv iş qabiliyyətinə şübhə ilə yanaşır.

"Belə dəvət almamışam (Moskvada danışıqlar üçün - red.). Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərində dəfələrlə iştirak etmişəm, lakin Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra bu cür görüşlər keçirilməyib. Ermənistanın keçmiş prezidentləri ilə bu cür görüşlər olub və mən heç zaman onlardan yayınmamışam”, - İlham Əliyev "İnterfaks”a müsahibəsində bildirib.

Prezident vurğulayıb ki, bu görüşləri müsbət hesab edib, çünki Rusiya Minsk qrupunun həmsədri kimi, nizamlanma prosesində xüsusi rol oynayır.

"Rusiyanın hər zaman həm Ermənistan, həm də Azərbaycanla sıx əlaqələri olub və bu gün siyasi, iqtisadi əlaqələr nöqteyi-nəzərindən Rusiya Azərbaycan və Ermənistanla çox fəal əməkdaşlıq edir, bizim qonşu dövlətdir.

Bu səbəbdən, əlbəttə ki, bu cür görüşlərin əksəriyyəti Rusiya ərazisində keçirilib, lakin Paşinyanın dövründə bu cür görüşlər olmayıb. Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alaraq, bu görüşlərin nə dərəcədə səmərəli olacağını deyə bilmərəm. Ancaq belə təklif olarsa, biz hər zaman bunu müsbət qiymətləndirmişik və nəzərdən keçirəcəyik”, - o qeyd edib.

Azərbaycan Prezidenti "Moskvaya Ermənistanın baş naziri ilə danışıqlara gəlməyə hazırdırmı?” dəqiqləşdirici suala cavabında "Bəli” deyib.

"Həm də, sizin qeyd etdiyiniz kimi, heç bir ilkin şərt olmadan. Sabah xarici işlər nazirlərimizin Cenevrədə görüşəcəkləri, yenə də heç bir şərt olmadan, bunun göstəricisidir. Hətta, demək istərdim ki, münaqişə başlayan kimi xarici işlər nazirimiz Moskvaya getdi, baxmayaraq ki, həmsədrlərlə görüş məqsədilə Cenevrəyə səfəri planlaşdırılmışdı (oktyabrın 8-də - red.).

Bir həftə öncə, oktyabrın əvvəlində səfəri planlaşdırılan Ermənistanın xarici işlər naziri isə imtina etdi. Humanitar atəşkəs məsələsinin razılaşdırılması məqsədilə xarici işlər nazirlərinin görüşünə (oktyabrın 10-da - red.) dair təklif gələn kimi bizim xarici işlər naziri Cenevrədən Moskvaya gedib.

Yəni biz heç bir şərt irəli sürmürük. Ancaq yenə də Ermənistanın hazırkı hakimiyyətinin həll üzrə konstruktiv işə qadir olduğuna böyük şübhələrim var”, - Azərbaycan prezidenti bildirib.

OXŞAR XƏBƏRLƏR

Ermənistanın hərbi cinayətlər törətmiş şəxsləri cavab verməlidir - Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Fransanın "Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir Ceyhun Bayramov üçtərəfli bəyanat, Rusiya sülhməramlılarının...

“Fransa Senatı erməni lobbisinin əlində oyuncağa çevrilib” - Hulusi Kılıç

Erməni lobbisi müəyyən təsir vasitələri ilə Fransa parlamentini uşaq bağçası səviyyəsinə endirib. Noyabrın 25-də Fransa Senatında baş tutacaq müzakirələr bu qur...

Brayza Fransanın Qarabağ mövqeyini darmadağın etdi

Sfera.az ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza ilə müsahibəni təqdim edir: – Dünən Rusiya xarici işlər nazi...

İspandilli mətbuatda Azərbaycanın səsinə çevrilmiş həmyerlimiz - VİDEO

Xaricdə təhsil alan azərbaycanlı gənclərdə Vətənə sevgi hissi xüsusilə hiss olunur. Bu onların xaricdə olmalarına rəğmən Azərbaycana göstərdiyi diqqət və sevg...

“Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” - XTQ zabiti

Azərbaycanın 30 il erməni işğalında olan torpaqlarını azad etmək üçün apardığı Vətən Müharibəsindəki qələbə payında Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sözün əsl ...

"Rusiya Ermənistanı müdafiə etmək istəsəydi..." - Qüdrət Həsənquliyev

"Dağlıq Qarabağı tərk etmiş dinc erməni sakinlər yalnız Rusiya təhlükəsizlik təminatı verəcəyi halda geri dönə bilərdi". Sfera.az xəbər verir ki, bunu Büt...