İlham Əliyev Macarıstana rəsmi səfərə gedəcək

İlham Əliyev Macarıstana rəsmi səfərə gedəcək
Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sonunadək Macarıstana rəsmi səfəri gözlənilir.

Bunu oxu.az-a açıqlamasında Azərbaycanın Budapeştdəki səfiri Vilayət Quliyev deyib.

Onun sözlərinə görə, dövlət başçısının səfəri daha əvvəl 2018-ci il üçün planlaşdırılıbmış: 

"Lakin bir sıra səbəblərdən səfər təxirə salındı. Ümid edirəm ki, İlham Əliyevin Macarıstana rəsmi səfəri cari ilin sonuna qədər baş tutacaq”.

Diplomat bildirib ki, Azərbaycan Prezidentinin Budapeştə səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq haqqında 12 ikitərəfli sazişin imzalanması gözlənilir:

"Ölkələrimiz arasında müqavilə-hüquq bazasının əsas paketi artıq razılaşdırılıb. Buna baxmayaraq, biz müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq haqqında daha 12 müqavilənin imzalanması üçün hazırlıq görürük”.

V.Quliyev iki ölkənin siyasi sahədə mövcud münasibətlərini sabit və müsbət qiymətləndirib:

"Dövlət başçılarımızın qarşılıqlı səfərləri siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Lakin iqtisadi əməkdaşlıq haqqında bunu demək olmaz. Ticari-iqtisadi əlaqələrimiz artır, ancaq əfsus ki, bu, elə də böyük templə baş vermir”.

Səfirin sözlərinə görə, Macarıstanın Baş naziri bu ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Sammitinin yubiley iclasında iştirak edəcək:

"Budapeşt Bakını beynəlxalq strukturlarda fəal dəstəkləyir. Macarıstan turistlərinin Azərbaycana marağı artır. Bakı və Budapeşt arasında birbaşa hava əlaqəsi buna yardım edir”.

O, təhsil sahəsində əməkdaşlığa toxunaraq diqqətə çatdırıb ki, 600-dən çox azərbaycanlı tələbə Macarıstanın ali məktəblərində təhsil alır:

"Cari il onların sayı daha 200 nəfər artacaq”.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi BAŞA ÇATDI -YENİLƏNDİ

Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.   Vida m...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...