İlham Əliyev Lukaşenkoya zəng etdi

İlham Əliyev Lukaşenkoya zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Belarus Prezidentini ikinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Belarus idmançılarının bu yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edib. Dövlət başçısı, eyni zamanda, Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb, Belarus xalqına tərəqqi və firavanlıq arzulayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko təbriklərə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR

Deputat: “Prezidentin təşəbbüsü COVID-19-la qlobal mübarizədə dönüş nöqtəsi olacaq”

 "Prezident İlham Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaq hər zaman regional və qlobal problemlərin həllini diqqət mərkəzində saxlayıb, bunun üçün səyl...

Prezident mətbuatla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sfera.az-ın məlumatına görə, Sərənc...

Ekspert: “Ordumuzun silahı təzə, texnikası müasir, döyüş ruhu yüksəkdir”

 "Azərbaycan son illərdə ordu quruculuğunda bir sıra ciddi uğurlara imza atıb". Bunu "Report"a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib. ...

Azərbaycan Ordusunun güclənməsini həzm edə bilməyənlərin yeni bəhanəsi

 Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı! Xalq şairimiz Məmməd Arazın bu sözləri əsl vətəndaş olmağın ümdə şərtini açıqlayır – hər kəs əlindən gələn qə...

Təzə deputatın paylaşdığı bu foto tənqid olundu – Zülümovsayağı...

 Son günlər mətbuatda və sosial şəbəkəlrdə bəzi köhnə və yeni deputatların belə demək mümkünsə, konfliktinə, bir-birinin ünvanına yönələn atmacalarına rast...

"Əli Həsənovun vəzifədə olduğu dönəmdə..." - Rauf Arifoğlu

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yenisabah.az-a müsahibə verib. Gündəm mövzuları haqda görüşlərini ifadə edən baş redaktor mətbuatın mövcud ...