İlham Əliyev Konstitusiya Məhkəməsinə sorğu göndərdi - Milli Məclislə bağlı

İlham Əliyev Konstitusiya Məhkəməsinə sorğu göndərdi - Milli Məclislə bağlı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Sfera.az xəbər verir ki, sorğuda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi deputatların səs çoxluğu ilə "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul etmişdir. Qeyd edilən Qərar ilə Azərbaycan Respublikasının Prezidentindən Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinə əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.

Qərarda bildirilir ki, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqe formalaşmış və nəticədə parlamentin öz fəaliyyətini davam etdirməsi qeyri-mümkün olmuşdur. Bu baxımdan da, Qərara əsasən Milli Məclisin Konstitusiyanın 94-cü və 95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Milli Məclisin Qərarı üzrə yekun Qərar qəbul etməzdən əvvəl, hazırkı şərtlərdə Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinə uyğun olub-olmayacağı barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zərurəti yaranmışdır.

Qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini rəhbər tutaraq, xahiş edirəm ki, yaranmış vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisi buraxmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmayacağı barədə qərar qəbul edəsiniz”.

OXŞAR XƏBƏRLƏR

Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında indiyədək müşahidə edilməyən yaxınlaşma var"

"Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə pandemiya şəraitində də səngiməyib”. "Report” x...

"Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

 "Ordumuz çox güclüdür. Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir" Bunu sonxeber.az-a Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollar...

Ekspert: “Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib”

 "Gecə vaxtı döyüş atışlı kimi mürəkkəb təlimlərin keçirilməsi və heç bir xoşagəlməz hadisənin olmaması Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Buna g...

Azərbaycan Prezidenti: "Nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq"

 "Əlbəttə, bu pandemiya təsirsiz ötüşmədi. Dünyanın aparıcı maliyyə qurumları indi ortaya müxtəlif proqnozlar qoyurlar - dünya iqtisadiyyatı nə qədər tənəz...

Azərbaycan Ordusu cəbhəboyu zonada gecə təlimləri keçirib - FOTO - VİDEO

 Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib. Müdafiə Nazirliyindən Sfera.az-a verilən...

Aslan İsmayılovdan Mikayıl Cabbarova açıq müraciət – "Bir şeyi dəqiq bilin..."

Tanınmış hüquqşünas Aslan İsmayılov iqtisadi inkişaf naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. Sfera.az xəbər verir ki, hüquqşünas bir qədər öncə n...