No Image
No Image
No Image

İlham Əliyev Çinin dövlət başçısını təbrik edib

İlham Əliyev Çinin dövlət başçısını təbrik edib
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. 

Sfera.az xəbər verir ki, mətndə deyilir: 

"Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Çin Xalq Respublikasının bütün sahələrdə əldə etdiyi uğur və nailiyyətlərini, ölkənizin dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsini və beynəlxalq arenada nüfuzunun gündən-günə artmasını daim məmnunluqla izləyirik.

Biz qədim tarixə malik Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin yeni məzmunu ilə zənginləşir. Şübhəsiz ki, bu sıx əməkdaşlıq müəllifi olduğunuz "Kəmər və yol” layihəsi çərçivəsində də uğurla davam edəcəkdir.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının ilk günlərindən ölkələrimizin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı dəstək ikitərəfli əlaqələrimizin möhkəm təməl üzərində qurulduğunu bir daha isbat etdi. Fürsətdən istifadə edərək koronavirus xəstəliyi ilə mübarizə məqsədilə Çin Xalq Respublikası tərəfindən ölkəmizə göstərilən dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Çin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

OXŞAR XƏBƏRLƏR

Çili mətbuatında Kəlbəcərdə soydaşlarımızın yaşadıqları faciədən bəhs edilib

 Çili mediasında Qarabağ hadisələri zamanı doğma yurdundan çıxmağa məcbur olmuş həmvətinimizin ailəsinin faciəli hekayəsindən bəhs edən məqalə dərc olunub....

Türkiyə Müdafiə Nazirliyi: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

 "Sülh və sabitliyin əldə edilməsi üçün Ermənistan terrorçuları və muzdlu əsgərləri geri göndərməlidir”. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə M...

“Azərbaycanda minlərlə erməni yaşayır, niyə bu, Dağlıq Qarabağda mümkün deyil?” - İlham Əliyev

"Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbacanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərb...

Dövlət başçısı: "Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar"

"Münaqişə Ermənistandakı millətçilər tərəfindən maliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandan ayrılmaq üçün plana start verəndən sonra başladı...

"Ermənilərin Tərtəri atəşə tutması nəticəsində yeniyetmə həlak oldu" - Hikmət Hacıyev

"Ermənistanın xüsusilə uşaqlara, mülki vətəndaşlara qarşı müharibəsi davam edir”. Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezi...

“Ərazilər dronla işğaldan azad edilmir, onu əsgər azad edir” - PREZİDENT

"Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır". Sfera.az xəbər verir ki...