No Image
No Image

İlham Əliyev bu qurumları sərt tənqid etdi: "Vicdansızcasına istifadə edirdilər..."

İlham Əliyev bu qurumları sərt tənqid etdi:
"Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər".

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovu videoformatda qəbul edərkən deyib. Bildirib ki, belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı.

"Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır".

Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Birgə sammitin Bakıda keçiriləcəyi gözləniləndir” - Baydenlə Putin Azərbaycana gəlir?

Xəbər verdiyimiz kimi, son zamanlar gərginləşən münasibətlər fonunda ABŞ Prezidenti Con Bayden rusiyalı həmkarı Vladimir Putinə müraciət edib. O, üçüncü bir ölk...

“Putinlə “İsgəndər-M”lə bağlı məsələni müzakirə etmişik”

"Mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz Rusiya Prezidenti Vladimir Putinlə "İsgəndər-M” raketi ilə ba...

Sülhməramlıların komandanı Bakıdan niyə əliboş qayıtmasından danışdı: "Onlardan soruşun..."

Rusiya sülhməramlılarının komandiri, general-leytenant Rüstəm Muradov Ermənistan rəhbərliyini əsirlərlə bağlı təxribatda ittiham edib. Erməni "Telegram” k...

Ərdoğan Azərbaycanla əməkdaşlığa dair sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib. Sfera.az xəbər verir ki, bununla bağl...

İlham Əliyev bu qurumları sərt tənqid etdi: "Vicdansızcasına istifadə edirdilər..."

"Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orq...

Paşinyan Rusiyaya niyə çağırıldı? – Qarabağla bağlı bunlar tələb olunacaq

Moskva bu dəfə Paşinyanın "göz yaşlarına” inanacaqmı?   "7 Apreldə Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyanın Rusiyanın Prezidenti Vlad...