İlham Əliyev BP-nin Direktorlar Şurasının sədrini qəbul edib

İlham Əliyev BP-nin Direktorlar Şurasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də BP-nin Direktorlar Şurasının sədri Helqe Lundun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az xəbərinə görə, görüşdə Azərbaycan ilə BP arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, neft və qaz sənayesinin inkişafının Azərbaycan iqtisadiyyatının şaxələndirilməsindəki rolu vurğulanıb, Bakıda və regionlarda böyük infrastruktur layihələrinin reallaşdırıldığının önəmi qeyd edilib.

Sonuncu dəfə 2014-cü ildə Azərbaycana səfər etdiyini deyən BP-nin Direktorlar Şurasının sədri Helqe Lund ötən dövr ərzində Bakıda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu deyib. Sentyabrın 20-də "Əsrin müqaviləsi”nin 25 illiyinin qeyd ediləcəyini vurğulayan qonaq bu layihənin Azərbaycanın inkişafındakı rolunu xüsusi qeyd edib.

Söhbət zamanı Xəzərin Azərbaycan sektorunda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan hərbçiləri Moskvaya yola düşdü

 "Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərin...

Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilə bilərmi? – Hərbi ekspert

 "Türkiyə Respublikasının Azərbaycanda hərbi bazalar qurması qısa vaxtın işi deyil. Burada dövlətlərarası anlaşma, müqavilələr, konstitusiya aktlarında zər...

İlham Əliyev Rusiyanın Ermənistana silah satmasına görə Putinə zəng etdi

 Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Sfera.az xəb...

Türkiyənin müdafiə naziri Azərbaycana yola düşüb

 Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib. Sfera.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, onu Silahlı Qüvvələrin Baş Qə...

“Türkiyənin hərbi nümayəndə heyətinin Azərbaycana səfərinin strateji əhəmiyyəti var” - Deputat

 "Türkiyə bütün hallarda Azərbaycanın yanındadır və həmişə dəstəyini davam etdirəcək”. Bunu "MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Vüqar ...

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

 11 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Xar...