No Image
No Image

İlham Əliyev: Bizə saxta tarix lazım deyil

İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Bizə saxta tarix lazım deyil.

Sfera.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir".

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Co Bayden bunu edəcəkmi? – Ağ Evin Bakı ilə bağlı QARA PLANI

"Co Bayden "907-ci düzəliş”in bərpasına razılıq verəcəksə ABŞ-ın Cənubi Qafqazdakı mövqeləri ciddi şəkildə sarsılacaq”. Bu sözləri Sfera.az-a açıqlaması...

Mikayıl Cabbarov: "Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində işlər görülür"

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Baş nazir müavininin iştirakı ilə keçirilən iclasın əhəmiyyətindən danışıb. Sfera.az xəbər verir ki, bu ba...

“Paşinyanın ayaqları mane olur...” – Rusiyadan “İskəndər” raketlərinin partlamaması iddiasına SƏRT REAKSİYA

"Ermənistanın baş naziri Nikol Paşinyanın "İskəndər” əməliyyat-taktiki kompleksinin partlamamış raketləri barədə verdiyi açıqlama ən azından onun səriştəsizli...

Paşinyandan Rusiyaya və Sarkisyana “İskəndər” zərbəsi – “Onlar niyə partlamırdı?”

Nikol Paşinyan Rusiyadan alınan "İskəndərlər”in səmərəsizliyi barədə danışıb. Sfera.az-ın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan "1in.am”...

Ərdoğan Ceyhun Bayramovu qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Sfera.az-ın xəbərinə görə, bu...

Mikayıl Cabbarovdan "AzerGold"la bağlı - AÇIQLAMA

Ölkəmizdə dağ-mədən sənayesinin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi üçün mühüm qərar   Sfera.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mik...