İkinci Qarabağ müharibəsi şəhidlərinə abidə ucaldılacaq - \"Artıq aidiyyətı komissiya bu işlə məşğuldur\"

İkinci Qarabağ müharibəsi şəhidlərinə abidə ucaldılacaq - \

İkinci Qarabağ müharibəsi Azərbaycanın bütövləşməsi uğrunda canını qurban verən şəhidlərin hesabına qalibiyyətlə başa çatdı.


Qəhrəmanlarımızın xatirəsinin əziz tutulması və gələcək nəsillərin onları unutmaması üçün İkinci Qarabağ müharibəsi şəhidləri üçün abidə ucaldılması təklif edilir.


Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Naqif Həmzəyev İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidənin ucaldılması ilə bağlı məsələnin aidiyyətı komissiya tərəfindən artıq müzakirə edildiyini və bu barədə tezliklə mətbuata məlumatın veriləcəyini qeyd edib:


"Qarabağ müharibəsində Azərbaycan orsudu Ali Baş Komandanın rəhbərliyi ilə qalib oldu. Bu qələbənin əldə edilməsində şəhidlərimizin və qazilərimizin rolu böyükdür. Azərbaycan dövləti tərəfindən bütün şəhid ailələrinin, müharibə iştirakçılarının hər birinin sosial təminatı təşkil edilib. Bu gündən sonra da bu məsələ ən yüksək formada həll olunacaq.

 

Sizə də məlum olduğu kimi Milli Məclis tərəfindən Prezidentin də göstərişinə uyğun İkinci Qarabağ müharibəsində iştirak edənlər üçün medal və ordenlər təsis olundu. Şəhid ailələri isə yeni mənzillərlə təmin olunacaq.

 

Bundan başqa şəhidlərin xatirəsinə abidə ucaldılması məsələsi də aidiyyəti komissiya tərəfindən araşdırılır. Ən qısa müddətdə bu məsələ ilə bağlı mətbuata məlumat veriləcək. Şəhid və veteranlarla bağlı səslənənən bütün müsbət təklifləri dəstəkləyirik. Lakin yenə sadəcə dəstək olmaqla iş bitmir, təbii olaraq bu təkliflər öz həllini də tapmalıdır. Şəhidlərimizin xatirəsinə abidənin ucaldılması onların adlarına uyğun, ən yüksək səviyyədə təşkil olunmalıdır".

 

Deputat Elman Məmmədov isə təkcə Bakıda yox, bütün bölgələrdə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılmalı olduğunu bildirib:


"Hər birimiz üçün onların xatirəsi müqəddəsdir, əzizdir. İsət Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi şəhidləri canlarını vətənin bütövləşməsi uğrunda qurban veriblər. Azərbaycanın ən müqəddəs, möhtəşəm yerində şəhidlərimizə abidə ucaldılmalıdır. Eyni zamanda şəhidlər üçün öz doğma yurdalarında, yəni doğulduqları bölgədə də ümumi abidə qoyulmalıdır. Bu insanlar şəhidlik zirvəsinə Azərbaycan xalqının qürurla yaşaması üçün ucalıblar. Onlar bizim üzərimizdən məğlub sözünü götürüblər. Buna görə də onlar üçün nə lazımdırsa ən yüksək səviyyədə təşkil edilməlidir. Həmin şəhidlərin ailələrinə hər zaman özümüzü borclu hiss edəcəyik".


Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...