\"Səbail\" üç əcnəbi futbolçu ilə yollarını ayırdı

20:45 / 17.05.2019
5052
"Səbail" komandası 3 əcnəbi futbolçusu ilə yollarını ayırıb.
Sfera.az xəbər verir ki, Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberrinin paytaxt klubu ilə müqaviləsi başa çatıb.
Qəsəbə təmsilçisi oyunçulara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, "Səbail" 2018-2019 mövsümünü 41 xalla üçüncü pillədə başa vuraraq Avropa Liqasında iştirakı təmin edib.