“Qarabağ” ev oyunlarını bu stadionda keçirəcək - Dəyişiklik

“Qarabağ” ev oyunlarını bu stadionda keçirəcək - Dəyişiklik

"Qarabağ"ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.

Tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirində çıxış edəcək Ağdam təmsilçisi rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Artıq bununla bağlı UEFA ilə razılıq əldə olunub. "Qarabağ"ın Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan arenada ilk matçı isə sentyabrın 27-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri həmin gün "Roma"nı sınağa çəkəcəklər.

Oktyabrın 18-də "Atletiko" və noyabrın 22-də "Çelsi" ilə görüşlər də ölkənin ən böyük stadionunda oynanılacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionun tamaşaçı tutumu 68 min 870 nəfərdi. "Qarabağ" isə bunadək ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi. (apa)

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Çində avtomobili izdihamın üzərinə sürən şəxs edam edilib

Çində 2024-cü ilin noyabrında Zhuhai şəhərindəki idman mərkəzinin qarşısında avtomobilini insanların üzərinə sürən şəxs edam edilib. Hücumu həyata keçirən Fan W...

Mbappe "Mançestr Siti"yə keçəcək? - Baş məşqçidən AÇIQLAMA

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Real"ın hücumçusu Kilian Mbappeni komandalarına gətirməyin niyə mümkün olmadığından danışı...

Fransada 300 miqrant “işğal etdiyi” teatr müəssisəni iflasa sürükləyir

Artıq bir aydan çoxdur ki, Fransanın Paris şəhərindəki Lirik Sevinc Teatrı başlarının üstündə dam örtüyünə ehtiyacı olan bir qrup evsiz tərəfindən “işğal ...

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - QİYMƏTLƏR açıqlandı

Qafqaz Müsəlmanları İdarəsi 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.   Sfera.az xəbər veri...

Türkiyədə partiya sədri SAXLANILDI

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Ankarada saxlanılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat ya...

Donald Tramp andiçmə mərasimində 2 cinsi tanıdığını bildirib

Bu gündən etibarən ABŞ-nin rəsmi siyasəti yalnız iki cinsi - kişi və qadını tanımaqdır.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tr...