Rusiya erməniləri ABŞ səfirliyinin önünə yığır

Rusiya erməniləri ABŞ səfirliyinin önünə yığır

Ermənistanın "Xalqın səsi” ictimai klubu ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.

Bunu Ermənistanın "Xalqın səsi” ictimai klubunun "Ermənistanda bioloji laboratoriyalar hərbi xarakterli xarici obyektlər kimi” mövzusunda təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı ekspert Arman Qukasyan söyləyib. O, etiraz aksiyasının keçirilməsinə səbəbin ABŞ-ın Ermənistandakı gizli laboratoriyalarının olduğunu bildirib. Qukasyan aksiya zamanı səfirlikdən bu laboratoriyalarla bağlı konkret cavab tələb edəcəklərini vurğulayıb.

Qeyd edək ki, "Xalqın səsi” ictimai klubundakı bugünkü müzakirələrdə Ermənistanda ABŞ bioloji laboratoriyalarının həcminin 20-dən 400-ə qədər artdığını bildirilib. Bu laboratoriyalar üçün ABŞ-ın 18 milyon dollar xərclədiyi də iddia edilir.

Rusiya isə cənub sərhədlərində ABŞ-ın bioloji silah hazırlamaq üçün xüsusi laboratoriyalar yaratdığını açıqlayıb. Ermənistandakı bu müzakirə və aksiyada da Rusiyanın istəyi olduğu ehtimal edilir.


Sfera.az

OXŞAR XƏBƏRLƏR