İslamiada: Azərbaycanın növbəti qızıl medalı
![İslamiada: Azərbaycanın növbəti qızıl medalı](https://sfera.az/photo/orginal/2017/05/17/353594.jpg)
22:00 / 17.05.2017
1756
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb.
Sfera.az xəbər verir ki, bu, taekvandoçumuz Milad Beiqi Harçeqaninin sayəsində olub.
80 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda türkiyəli Yunus Sarı ilə üz-üzə gəlib. Rəqibini 9:5 hesabı ilə məğlub edən Harçeqani fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sfera.az