Azərbaycan yığmasından ilin ilk qələbəsi

Azərbaycan yığmasından ilin ilk qələbəsi

Futbol üzrə Azərbaycan milli komandası cümə axşamı, martın 9-da, Qətər yığmasına qarşı yoldaşlıq oyunu keçirib.

Oxu.Az xəbər verir ki, Dohanın "Əl-Sadd” stadionunda keçirilən matç millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab 52-ci dəqiqədə açılıb. Tərlan Quliyev yerli azarkeşləri məyus edib. Meydan sahibləri bu qoldan üç dəqiqə sonra hesabda tarazlıq yaradıblar. Rodriqo Tabata adını tabloya yazdırıb. Millimizin qələbə qolunu isə matçın 62-ci dəqiqəsində Araz Abdullayev vurub.

Qeyd edək ki, bu Robert Prosineçkinin yetirmələrinin 2017-ci ildə ilk sınağı idi. 

Yığmamız növbəti görüşünü futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çəçivəsində Almaniya millisinə qarşı keçirəcək. 

Martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...