Mourinyo türk ulduzu ​"Fənərbaxça"ya gətirməyə çalışır

Mourinyo türk ulduzu ​"Fənərbaxça"ya gətirməyə çalışır

"Fənərbaxça" Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun futbolçusunu transfer etməyə çalışır.

 

Sfera.az xəbər verir ki, "Fənərbaxça" mövsümün fasiləsində Merih Dəmiralı heyətə cəlb etmək istəyir. “Arriyadiyah”ın xəbərinə görə, klublar arasında danışıqlar aparılır. Xəbərdə deyilir ki, “Fənərbaxça” türk futbolçunu icarə və ya transfer qarşılığında heyətinə qatmaq istəyir. Lakin bu transferin “Əl-Əhli” rəhbərliyindən əvvəl Səudiyyə Liqasındakı transfer proqramından asılı olduğu bildirilib. Məlumata görə, Səudiyyə Ərəbistanında edilən transferlərə görə klubların öz büdcəsindən pul xərclənmir.

 

Futbolçuların xərcləri Səudiyyə Liqasında transfer proqramı ilə qarşılanır. Merih Dəmiralın klubu ilə 2026-cı ilə qədər müqaviləsi var. Müdafiəçi cari mövsümdə 15 matçda 1262 dəqiqə oynayıb və 1 qol vurub.


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...