F1 Azərbaycan Qran Prisinə 10 gün qalır: Həyəcan dolu rəqabət, bol əyləncə və unudulmaz anlar

F1 Azərbaycan Qran Prisinə 10 gün qalır: Həyəcan dolu rəqabət, bol əyləncə və unudulmaz anlar

Bakının səkkizinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran Prisi üçün geri sayım artıq başlayıb.

 

Sfera.az bildirir ki, mürəkkəbliyi ilə seçilən və möhtəşəm şəhər görüntüsü ilə məşhur olan Bakı Şəhər Halqasında hazırlıqlar artıq yekunlaşır. 

 

Sirr deyil ki, Bakı treki gözlənilməz nəticələri və yüksək sürəti ilə avtoidman həvəskarlarının sevimlisinə çevrilib. Yaxın finişlər, sürpriz podiumlar və ya trekdə baş verən insidentlərlə Azərbaycan Qran Prisi F1 təqvimində özünəməxsus yer tutub. Yarışın əsas hissəsi olan dünyaşöhrətli komandalar 10 gün sonra Bakı küçələrində yenidən qələbə uğrunda yarışacaqlar. Onların trekdə ötmə manevrləri, finiş xəttinə qədər qarşılaşdıqları maneələr Azərbaycanda yarışları izləmək üçün əsas səbəb ola bilər.

 

Hər il olduğu kimi, bu il də yarış həftəsonu yeniliklərlə gəlir. Son illər azarkeş sayı sürətlə artmaqdadır, onlar Bakı yarışını həyəcanla gözləyir. Bir çox tribunalara biletlərin hətta bir neçə ay öncədən bitməsi buna bariz sübutdur. 

 

"Roaming ticket" kimi tanınan “Fan Zona Biletləri” bu il də satışa çıxarılıb. Bu biletlər yarışı izləməyə imkan verməklə bərabər Dənizkənarı Bulvar ərazisində əyləncə zonasından yararlanmaq istəyənlər üçün əla seçimdir. Azarkeşlər Formula 1-in bütün aktivasiyalarını bu il Fan Zonada görə biləcək, Fan Forumda  pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcək. Burada xüsusi dizayn edilmiş oyunlar, qeyri-adi dekorlar, maskotlar, musiqili performanslar, istirahət guşələri, virtual reallıq təcrübələri, simulyatorlar və sair surprizlər yarış həftəsonunun həyəcanını daha da artıracaq.

 

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü səbirsizliklə gözləyən azarkeşlər üçün ən möhtəşəm xəbərlərdən biri dünya şöhrətli ulduzların səhnə performanslarıdır.

 

Yarışın ilk günü - sentyabrın 13-də Cənubi Afrika musiqi prodüseri və DJ-i “Black Coffee” səhnəyə çıxacaq. Eyni gündə, Amerikanın məşhur aktyoru, komediyaçısı, prodüseri, reperi və bəstəkarı Uil Smit də öz musiqi proqramı ilə F1 azarkeşlərinə unudulmaz anlar yaşadacaq. Sentyabrın 14-də isə dünya musiqisinin superulduzlarından biri, çoxsaylı mükafatlar laureatı J Balvin Bakı səhnəsini coşduracaq.

 

Beləliklə, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 bir neçə gün ərzində sizə həyəcan, əyləncə və möhtəşəm şoularla dolu unudulmaz bir təcrübə təqdim edəcək. Bilet əldə etməyə tələsin və siz də bu böyük idman tədbirinin bir parçası olun!

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...