Dünya çempionatı: Səmədov finalda, 3 bürünc şansı


Dünya çempionatı: Səmədov finalda, 3 bürünc şansı

Bu gün İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı start götürüb.

 

Sfera.az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

 

5 pəhləvanımız xalça üzərinə çıxıb.

 

U-20 dünya çempionatı
Yunan-Roma güləş

 

5️5 kq
Təsnifat mərhələsi
Rahim Həsənov ilk görüşdə çexiyalı Filip Bartoşiki sınağa çəkib. 8:0 hesabı ilə qalib gələn güləşçimiz Hassan Mohammed Alharthi ilə görüşdə də çətinlik çəkməyib - 11:1. Rahim 1/4 finalda Ali Abdullah Ahmadi Vafaya uduzub (1:6). Onun rəqibi finala yüksəldiyindən Həsənov bürünc şansını saxlayıb.

 

6️3 kq
Təsnifat mərhələsi
Məhəmməd Şükürzadə ilk olaraq bolqarıstanlı Hristo Valentinovdan üstün olub (7:0). 1/8 finalda çinli Jiyu Vanqı çətinliklə qalib gələn (2:1) təmsilçimiz uğurunu 1/4 finalda davam etdirə bilməyib. O, Erzu Zakriyevə (AİN) 4:9 hesabı ilə uduzub. Zakriyev həlledici görüşə vəsiqə qazandığından Məhəmmədin medal şansı qalıb.

 

77 kq
Təsnifat mərhələsi
Təsnifat mərhələsindən mübarizəyə qoşulan Davud Məmmədov moldovalı Aleksandru Soloveu ilə üz-üzə gəlib və 0:8 hesabı ilə mübarizəni dayandırıb.

 

87 kq
1/8 final
Cocu Səmədov mübarizəyə 1/8 finaldan start verib. O, əvvəlcə serbiyalı Andriya Mihayloviçi (5:1), sonra ermənistanlı Ruben Gevorgyanı (3:1) məğlub edib. Səmədov yarımfinalda Temirlan Turdakinlə (Qazaxıstan) qarşılaşıb. Rəqibinə 4:2 hesabı ilə qalib gələn idmançımız həlledici döyüşə vəsiqə qazanıb. Finalda onun rəqibi Asan Janişov (Qırğızıstan) olacaq.

 

130 kq
1/8 final

Məzaim Mərdənov ilk görüşdə Marko Supiçə (Serbiya) 2:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz növbəti cəhddə uğursuz olub. O, iranlı Abolfazi Qulamhüseyn Fathitazangiyə uduzub. Məzaimin rəqibi finala vəsiqə qazandığından güləşçimiz medal uğrunda yarışacaq.

 

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunacaq. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

İdman.biz


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...