"Mançester Yunayted"in baş məşqçisi antirekordla YADDA QALDI
İdman
11:10 / 02.09.2024
1395
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Erik ten Haq antirekordla yadda qalıb.
Sfera.az-ın report-a istinadən məlumatına görə, bu, "qırmızı şeytanlar"ın Premyer Liqanın III turunda "Liverpul"a uduzması (0:3) sayəsində gerçəkləşib.
Komanda çempionatdakı ilk üç qarşılaşmanın ikisindən məğlub ayrılıb. Mançester təmsilçisi 2022/2023 mövsümündə də eyni halla üzləşib.
Niderlandlı mütəxəssis klub tarixində iki mövsümdə bu aqibəti yaşayan yeganə baş məşqçidir.
Qeyd edək ki, "Mançester Yunayted" cari mövsümdə "Brayton"a da uduzub - 1:2. Komanda ilk turda "Fulhem"ə qalib gəlmişdi - 1:0.