Daha bir idmançımızdan Olimpiadada qələbə...

22:55 / 29.07.2024
2805
Azərbaycan badmintonçusu Edir Reski Dviçayo “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sfera.az xəbər verir ki, kişi badmintonçuların fərdi mübarizəsində gücünü sınayan idmançı E qrupundakı ilk görüşündə avstriyalı Kollins-Valentin Filimonla qarşılaşıb.
Qarşılaşma badmintonçumuzun 2:0 (21:18, 21:11) hesablı qələbəsi ilə yekunlaşıb