"Barselona"nın qapıçısı dünyasını dəyişdi

21:25 / 17.07.2024
9668
Ekvadorun "Barselona" klubunun qapıçısı Quayakil Castin dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, o, mənzilinin hamam otağında yıxılaraq başından zədə alıb.
Ailə üzvləri qolkiperi xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək olmayıb.
"Çərçivə" qoruyucusu Ekvadorun gənclərdən ibarət millisinin heyətində bir oyun keçirib.