Daha bir ulduz milli karyerasını başa vurdu


Daha bir ulduz milli karyerasını başa vurdu

Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.

 

Sfera.az xəbər verir ki, bu barədə alman futbolçunun özü açıqlama verib.

 

AVRO-2024-ün İspaniya ilə 1/4 final matçı onun yığmada son görüşü olub. Bu qarşılaşmada 34 yaşlı futbolçunun komandası 1:2 hesabı ilə uduzub.

 

Qeyd edək ki, Müller millidə 131 matçda 45 qol vurub. O, DÇ-2014-ün çempionu olub, DÇ-2010, AVRO-2012 və AVRO-2016-nın bürünc mükafatını qazanıb. (Apasport.az)


OXŞAR XƏBƏRLƏR