Azərbaycan millisi ikinci qələbəsini qazandı

14:20 / 10.07.2024
6955
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ikinci qələbəsini qazanıb.
Sfera.az-ın məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu yığma Gürcüstan komandasını üstələyib.
Cəbəllütariqdə baş tutan qarşılaşma millimizin 97:40 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ilk oyunda Ermənistan millisini 86:59 hesabı ilə məğlub edən U-16 növbəti görüşünü iyulun 11-də Kiprə qarşı keçirəcək.