\"Kəpəz\" 2 legionerlə yollarını ayırdı

18:27 / 15.06.2024
3825
"Kəpəz" klubu 2 futbolçu ilə yollarını ayırıb.
Gəncə təmsilçisinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, müqaviləsi başa çatan Mate Kvirkviya və Adama Niane ilə anlaşma yenilənməyib.
Hər iki legioner komandanı tərk edib.
Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub. Adama isə yalnız ötən mövsüm “Kəpəz”də çıxış edib.