Modriç "Real"da qalmaq üçün qazancının iki dəfə azaldılmasına RAZILIQ VERDİ

Modriç

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç İspaniyanın "Real" klubunda qalmaq üçün illik qazancının iki dəfə azaldılmasına razılıq verib.

 

Sfera.az "OK Diario"ya istinadən xəbər verir ki, klubla bağlayacağı yeni birillik müqavilə ona 5 milyon avro qazandıracaq.

 

Modriç 2012-ci ilin yayında "Real"a transfer olunub. O, Madrid təmsilçisinin heyətində ümumilikdə 533 oyun keçirib, 39 qola və 86 məhsuldar ötürməyə imza atıb.

 

38 yaşlı yarımmüdafiəçi komandası ilə Çempionlar Liqasının altıqat qalibi, həmçinin dördqat İspaniya çempionu olub.

 

Qeyd edək ki, L.Modriç 2023/2024 mövsümündə meydana çıxdığı bütün turnirlərdə 45 oyun keçirib, 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


OXŞAR XƏBƏRLƏR

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirildi

Ekoloji maarifləndirmə və iqlim dəyişmələri ilə mübarizədə gənclərin fəal iştirakının təmin edilməsi, bu sahədə aktiv təcrübənin qazanılması, həmçinin ölkədə ir...

Dövlət Xidmətindən daha bir XƏBƏRDARLIQ

Gün keçdikcə süni intellekt texnologiyasından istifadə edənlərin sayı artır.   Bəs süni intellekt nədir? Süni intellektdən istifadə edərkən hansı kib...

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov rayonun Ağdaban kəndi...

Mərdəkanda qaz təchizatı dayandırılacaq

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22.07.2024-cü il saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı daya...

Sabiq direktorla baş mühasib cinayət məsuliyyətinə cəlb olundu

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva cinayət məsuliyyətinə cəlb ediliblər.  ...

Türkiyə hərbçiləri daha 15 terrorçunu öldürdü

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında antiterror əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.   Sfera.az xəbər verir ki, məlumatı...