PSJ öz meydanında "Lion"u darmadağın etdi

PSJ öz meydanında

Fransa Liqa 1-in 30-cu turunda PSJ və "Lion" komandaları qarşılaşıb.

 

Sfera.az bildirir ki, Parisdəki “Park des Princes” stadionunda baş tutan matç PSJ-nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Meydan sahiblərinin qollarını müdafiəçi Lukas Beraldo və hücumçu Qonçalo Ramos vurub. Qonaqların heyətində isə yarımmüdafiəçi Ernest Nuama fərqlənib.

 

Qeyd edək ki, PSJ 2023/2024 mövsümü üçün Fransa Liqa 1 turnir cədvəlində birinci yerdədir. Komanda 29 matçda 66 xal toplayıb.

 

"Lion" isə 30 oyundan sonra 41 xalla səkkizinci yerdədir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR