"Bayern Münhen" Kloppu istəyir - Baş məşqçi razı olacaqmı? 

"Liverpul"un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda İngiltərə klubunu tərk edəcək.

 

Sfera.az bildirir ki, "Bayern Münhen" Kloppu 2025-ci ilin yayında komandaya baş məşqçi təyin etmək variantını nəzərdən keçirir.

 

Xatırladaq ki, yanvar ayında Yurgen Klopp bu mövsümün sonunda "Liverpul"u tərk edəcəyini bildirmişdi. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını bildirib. 56 yaşlı alman məşqçi 2015-ci ildə İngiltərənin "Liverpul" klubunun baş məşqçisi olub. Bu müddət ərzində Yurgen Klopp "qırmızılar"la 7 kubok qazandırıb. Kloppun rəhbərliyi altında "Liverpul" Çempionlar Liqası, Premyer Liqa, Liqa Kuboku, İngiltərə Kuboku, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR