Ançelotti qələbəni ŞƏRH ETDİ: "Dincəlmək lazımdır, çünki..."

Ançelotti qələbəni ŞƏRH ETDİ:

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqada qazana biləcəyi mümkün kubokdan danışıb.

 

Sfera.az xatırladır ki, "Real" İspaniya çempionatının 32-ci turunun matçında "Barselona" üzərində qələbə qazanıb (3:2). Baş məşqçi komandaya istirahət lazım olduğunu deyib:

 

“Çempionat bizim üçün daha da yaxınlaşıb. Eyni ruhda oynamağa davam edəcəyik. Amma indi bir az dincəlmək lazımdır, çünki həftə Madrid üçün çətin, lakin unudulmaz oldu”.

 

Hazırda İspaniya çempionatının turnir cədvəlinə 81 xalla "Real Madrid" başçılıq edir. “Barselona” 70 xalla ikinci yerdədir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR