Xavi "Barselona"dan GEDİR? - Yaxın günlərdə...

Xavi

"Barselona"nın baş məşqçisi Xavi 2025-ci ilə qədər Kataloniya klubunda qalacaq.

 

Sfera.az bildirir ki, mütəxəssis yaxın vaxtlarda klub prezidenti Joan Laporta və mavi qranat idman direktoru Deko ilə görüşərək əməkdaşlığın mümkün davamını müzakirə edəcək.

 

Xatırladaq ki, yanvarın sonunda Xavi cari mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlamışdı. Mütəxəssisin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Xavinin özü dəfələrlə düzgün qərar verdiyini və onu dəyişmək fikrində olmadığını qeyd edib.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR