Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: \"2027-ci ilədək...\"
17:50 / 19.04.2024
4860
Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.
Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının Müşahidə Şurası qərar qəbul edib. Belə ki, mütəxəssis AVRO-2024-dən sonra da öz postunu qoruyacaq. 36 yaşlı çalışdırıcının müqaviləsi DÇ-2026-nın sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, AVRO-2024 Almaniyada, DÇ-2026 isə ABŞ, Kanada və Meksikada keçiriləcək.
Fatimə Lətif