Alonso bu klubdan TƏKLİF GÖZLƏYİR - Ən yaxşı namizəd kimi...

Alonso bu klubdan TƏKLİF GÖZLƏYİR - Ən yaxşı namizəd kimi...

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso "Real Madrid"dən təklif gözləyir.

 

Sfera.az bildirir ki, bu barədə məşhur jurnalist və insayder Nikolo Şira "X" sosial şəbəkəsində paylaşım edib.

 

Məlumata görə, ispaniyalı məhz bu səbəbdən “Liverpul” və “Bavariya”nın təkliflərini rədd edib.

 

Qeyd edilir ki, “Real Madrid”in prezidenti Florentino Peres hazırda “Los Blankosa” rəhbərlik edən Karlo Ançelottinin yerinə ən yaxşı namizəd kimi Xabini görür.

 

Xatırladaq ki, aprelin 14-də “Bayer” Bundesliqanın 2023/2024 mövsümünün 29-cu turunun matçında “Verder Bremen”i məğlub edərək vaxtından əvvəl çempionluq titulunu qazanıb. Xabi Alonso isə 2022-ci ildən "əczaçılar"a başçılıq edir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR