İngiltərə Premyer Liqası: “Liverpul” evdə “Kristal Pelas”a məğlub olub

İngiltərə Premyer Liqası: “Liverpul” evdə “Kristal Pelas”a məğlub olub

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində "Liverpul" "Enfild"də Londonun "Kristal Pelas"ını qəbul edib.

 

Sfera.az report.az-a istinadən xəbər verir ki, oyunu hakim Kris Kavan idarə edib.

 

Oyunda hesab erkən açılıb: 14-cü dəqiqədə Ebereçi Eze dəqiqə zərbə ilə qonaqları sevindirib. Oyunun birinci hissəsi, demək olar, bərabər mübarizədə keçib, hesab dəyişməyib.

 

İkinci hissədə "Liverpul"un nəhəng üstünlüyü müşahidə olunub. Ev sahiblərinin çoxsaylı cəhdlərinə baxmayaraq, Din Henderson qapısını toxunulmaz saxlayıb.

 

Beləliklə, son matçda evdə "Atalanta"ya böyük hesabla yenilmiş "qırmızılar" bu dəfə "Kristal Pelas"a məğlub olub - 0:1.

 

Qeyd edək ki, 32 oyundan sonra "Liverpul"un 71 xalı var, komanda üçüncü pillədə qərarlaşıb. Bu məğlubiyyətə baxmayaraq, Yürgen Kloppun yetirmələrinin çempionluq şansları qalır. Onları lider "Mançester Siti"dən 2 xal ayırır, bir oyun az oynamış "Arsenal"la isə eyni xala malikdirlər. "Kristal Pelas" isə 32 oyuna 33 xal toplayıb.


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir"

Qərb ölkələrinin Rusiyanın sözdə dekolonizasiyası ilə bağlı fantaziyaları bitmir.   Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Serge...

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi evin tikintisi nəzərdə tutulub.   Sf...

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Sarıcallı kəndində 2040-cı ilədək 4 740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə m...

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndində 2040-cı ilədək 4 428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bl...

Qarabağ Universitetinin bukleti hazırlandı - FOTO

2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetinin bukleti hazırlanıb.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyində...

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

Ölkəmizə səfər edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilat və media təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzurla bağlı təəssüratları yüksək emosiona...