Bu gün Qurban Qurbanovun doğum günüdür

Bu gün Qurban Qurbanovun doğum günüdür

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. Azərbaycanlı məşqçinin 52 yaşı tamam olur.

 

Sfera.az  xəbər verir ki, Qurban Osman oğlu Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurban valideynlərinin sonuncu övladıdır.

 

9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" Zaqatala klubuna gətirib.

 

Onun peşəkar karyerası doğma Zaqatalanın "Daşqın" komandası ilə başlayıb. Daha sonra karyerası "Alazani" (Gürcüstan), "Turan" (Tovuz), "Kür-Nur" (Mingəçevir), "Neftçi", "Dinamo" (Stavropol, Rusiya), "Baltika" (Rusiya), "Fakel" (Rusiya), "Neftçi", "Volqa-Qazprom" (Rusiya), "Neftçi" və "İnter" komandalarında davam edib.

 

1992-2005-ci illərdə Azərbaycan millisində çıxış etmiş Q.Qurbanov 68 oyuna 14 qol vurub. 

 

Futbolçu karyerasını bitirdikdən sonra "İnter" klubunda idman direktoru kimi işə başlayan Q.Qurbanov "Neftçi"də 2006-2007-ci illərdə baş məşqçi işləyib. O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək "Qarabağ"a baş məşqçi təyin olunub.

 

Qurbanov bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.

 

2017/18 mövsümündə "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla Azərbaycanda bu nəticəyə imza atmış ilk və hələ ki yeganə baş məşqçi kimi tarixə düşüb.

 

Həmçinin “Qarabağ” futbol klubu bu mövsüm Qurbanovun başçılığı altında tarixində ilk dəfə olaraq Avropa Liqasının (UEFA Europa League) 1/8 final mərhələsində oynamaq şansı qazanıb.

 

Həm futbolçu, həm baş məşqçi kimi Azərbaycan kubokunu qazanan ilk mütəxəssisdir. O, konfrans Liqasının 1/8 finalında "Marsel"lə Bakıdakı görüşündə İbrahima Vadjinin əllə vurduğu qol qeydə alındıqdan sonra futbolçularla məsləhətləşərək hakimə topu ləğv etməyi bildirərək feyr-pleyə imza atıb.

 

2022-ci il aprelin 13-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Qurban Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.

 

Qurban Qurbanov evlidir, 3 övladı var.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...