"Liverpul"un baş məşqçisi dünənki oyunu belə şərh etdi
![](https://sfera.az/photo/orginal/2024/04/08/1712588923_lpu.jpg)
İdman
18:50 / 08.04.2024
5099
"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Yunayted"lə 2:2 hesablı heç-heçəni şərh edib.
Sfera.az bildirir ki, o, səhv etdiyini deyib:
"Biz bir az tələsdik. Özümüzə bir neçə problem yaratdıq. Onlar dərhal bundan istifadə etdilər. Ancaq oyunda geriyə yol tapdıq".
Qeyd edək ki, bu nəticə “Arsenal”ın lider mövqedə qalmasına şərait yaradıb. Həm “Arsenal”ın, həm də Kloppun komandasının 71 xalı var.
“Mançester Yunayted” İngiltərə çempionatının turnir cədvəlində 49 xalla altıncı, “Liverpul” 71 xalla ikincidir. London "Arsenal"ı əlavə göstəricilərə görə "Liverpul"u qabaqlayır. “Mançester Siti” isə üçüncü yerdədir. Xosep Qvardiolanın komandası 70 xal toplayıb.
Fatimə Lətif