\"Zirə” “Qəbələ”ni məğlub etdi

\

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyun keçirilib.

 

Sfera.az xəbər verir ki, “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib.

 

Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda qolları Rəhim Sadıxov, Rafael Utziq, Ceyhun Nuriyev və Fuad Bayramov vurublar.

 

Bu nəticədən sonra xallarını 45-ə çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. “Qəbələ” isə 16 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR