Ronaldo het-trik ETDİ - "Əl-Nəsr"dən ƏZMKAR QƏLƏBƏ

Ronaldo het-trik ETDİ -

Səudiyyə Ərəbistanı Pro Liqasının 26-cı turunun matçında "Əbha" “Əl-Nəsr”i qəbul edib.

 

Sfera.az bildirir ki, "Əl-Nəsr" 8:0 hesabı ilə əzmkar qələbə qazanıb. İlk iki qolu klubun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo vurub. Birinci qol oyunun 12-ci dəqiqəsində, ikincisi isə 21-ci dəqiqədə vurulub. 33-cü dəqiqədə seneqallı Sadio Mane komandasının üçüncü qolunu vurub. 42-ci dəqiqədə Ronaldo het-trik edib, iki dəqiqə sonra isə Əbdülməcid Əl-Süleyhimə ötürmə edib. 51-ci dəqiqədə Əbdülrəhman Qərib hesabı 6:0-a çatdırıb. 63-cü dəqiqədə "Əl-Nəsr"in yeddinci qolunu Əbdüləziz Əl-Elevai vurub, 86-cı dəqiqədə isə o, dubla imza atıb.

 

Bu qələbədən sonra “Əl-Nəsr” 62 xal toplayıb. Kriştiano Ronaldonun komandası “Əl-Hilal”dan 12 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Əbha” isə 22 xalla 17-ci yerdədir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR