PSJ-nin baş məşqçisi Mbappedən DANIŞDI: "Mən onun üçün..."
İdman
17:43 / 02.04.2024
10588
PSJ-nin baş məşqçisi Luis Enrike Fransada təzyiqlə üzləşən Kilian Mbappedən danışıb.
Sfera.az bildirir ki, o, Mbappe üçün ən yaxşı taleyi arzuladığını deyib:
“Mən istərdim ki, hər şey onun üçün yaxşı bitsin. Hamımız eyni gəmidəyik və limana çatmaq istəyirik”.
Xatırladaq ki, daha əvvəl mətbuatda Mbappenin “Real Madrid”lə 2029-cu ilə qədər müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Bundan sonra o, fransız azərkeşlərin təzyiqinə məruz qalıb.
Fatimə Lətif