İTV-nin rəhbəri yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
![İTV-nin rəhbəri yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO](https://sfera.az/photo/orginal/2024/04/02/1712050906_maxresdefault-3.jpg)
12:31 / 02.04.2024
5107
AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.
Sfera.az xəbər verir ki, İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.
Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.
Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.