Həbib Nurməhəmmədov oğlundan danışdı: "İstəməzdim..."
İdman
18:00 / 05.03.2024
7481
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov oğlunun idmana marağından danışıb.
Sfera.az bildirir ki, Nurməhəmmədov oğlunun peşəkar idmançı olmasını istəmədiyini bildirib:
“Oğlum məndən ona fəndlərimi öyrətməyimi xahiş edir. Onunla nə edəcəyimi bilmirəm. Peşəkar idmançı olmağını istəməzdim. Amma yenə də istəyirsə, bu onun seçimidir. Ümid edirəm ki, adi bir insan olar. Çünki peşəkar idmançıları adi insanlar adlandırmaq olmaz”.
Qeyd edək ki, MMA karyerası ərzində Həbib 29 döyüş keçirib və qalib gəlib.
Fatimə Lətif