Fəridə Lütfəliyeva beynəlxalq oyunda baş hakim olacaq
23:32 / 28.02.2024
12599
FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytında xəbər verilib.
Bildirilib ki, o, bu gün Türkiyənin Antalya şəhərində yerləşən “Atatürk” Olimpiya Stadionunda keçiriləcək qadın futbolçulardan ibarət Türkiyə - Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.
Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.