\"\"Braqa\" ilə oyundan sonra Prezident zəng etdi, bizə...\" - Qurban Qurbanov

\

"Avropa Liqasının pley-off mərhələsindəki qələbədən sonra Prezident İlham Əliyevin zəng edərək bizə təbriklərini çatdırması mənə əlavə motivasiya verdi".

 

Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Anadolu" agentliyinə müsahibəsində deyib.

 

51 yaşlı mütəxəssis Ağdam təmsilçisinə işə başladığı vaxtı xatırlayıb: "Baş məşqçi təyin olunanda klubun prezidenti Abdolbari Gozal mənə dedi ki, Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm. Bu, mənim üçün böyük motivasiya idi. İlk ildə çempion ola bilməsək də, Azərbaycan Kubokunu qazandıq. UEFA Kubokunda pley-off mərhələsinədək irəlilədik. Bu, həmin dövr üçün böyük uğur idi".

 

Q.Qurbanov Xankəndi şəhər stadionunda MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışıb. O, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın matça baxdıqlarını deyib: "Şəhid övladları da orada idilər. Unudulmaz gün oldu. Ağdamda stadion tikiləcək və komandamız sonda ora qayıdacaq".

 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyib. Səfərdə rəqibinə qalib gələn (4:2) Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. "Köhlən atlar" bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək.(Report)


OXŞAR XƏBƏRLƏR

Prezident qambiyalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiy...

Enrike Mbappedən DANIŞDI: "Gəlin gözləyək, özü bu barədə..."

PSJ-nin baş məşqçisi Luis Enrike Kilian Mbappenin gələcəyindən danışıb.   Sfera.az bildirir ki, mütəxəssis özünə ünvanlanan suallardan yayınmağa çalı...

Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə GÖRÜŞDÜ

Qərb ölkələrinin səfirləri Orbeliani sarayında Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı Gürcüstanın P...

17 martda keçirilmiş imtahanın nəticələri nə vaxt elan olunacaq? - RƏSMİ AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 17 mart 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.  ...

HAMAS lideri Türkiyəyə səfər edəcək

HAMAS siyasi bürosunun rəhbəri İsmail Haniyə bu həftə sonu Türkiyəyə gələcək.   Sfera.az xəbər verir , bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib...

"WhatsApp"da YENİ FUNKSİYA - Onlayn olan şəxslər...

Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp", istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir.   ...