\"Bavariya\"nın baş məşqçisi \"Mançester Yunayted\"ə keçmək istəyir

\

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel "Mançester Yunayted"də çalışmaqda maraqlıdır. 


Sfera.az bildirir ki, Münxen klubu alman mütəxəssisin cari mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı rəsmi açıqlama yayıb.


Qeyd olunur ki, 50 yaşlı məşqçi bu mövsüm başa çatdıqdan sonra karyerasına fasilə vermək istəyir. Tuxel bu qərarı yalnız “Mançester Yunayted”in hazırkı baş məşqçisi Erik ten Haq istefaya göndəriləcəyi təqdirdə dəyişə bilər.


Xatırladaq ki, Tuxel ötən ilin martından “Bavariya”ya rəhbərlik edir. O, 2022/2023 mövsümündə “Bavariya” ilə Bundesliqanın qalibi olub.


Almaniya Bundesliqasının 21 turundan sonra "Bavariya" 50 xal toplayıb və ikinci pillədə qərarlaşıb. Münxen komandası ilə lider "Bayer" arasındakı fərq 8 xaldır.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR

Müəmmalı bir mesaj buraxdı: Yaponiyanın ən gözəl qadını ölü tapılıb

"Yaponiyanın ən gözəl qadını" adlandırılan aktrisa Miho Nakayama “İnstaqram”da son ürpədici paylaşımını paylaşdıqdan sonra hamamda ölü tap...

ABŞ TikTok-un Amerika şirkətinin nəzarəti altına keçməsini dəstəkləyib

ABŞ məhkəməsi son qərara əsasən, TikTok sosial şəbəkəsinə nəzarətin Amerika şirkətinə verilməsi tələblərini dəstəkləyib. Sfera.az xəbər verir ki, bu barədə R...

Putinin geniş mətbuat konfransı bu tarixdə keçiriləcək

Dekabrın 19-da birləşmiş formatda Rusiya Prezidenti Vladimir Putinin birbaşa və geniş mətbuat konfransı keçiriləcək.   Sfera.az xəbər verir ki, ...

Ancelina Colinin oğlu gözlənilməz bir peşə seçib

Aktrisa Ancelina Coli Cimmi Fallonun “The Tonight Show” verilişində övladlığa götürdüyü 23 yaşlı oğlu Maddoksun gözlənilməz bir peşə seçdiyini açıql...

Makron Tramp və Zelenskini qəbul edəcək

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın yeni prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskini dekabrın 7-də Yelisey Sarayında qəbul edəcək. ...

Rumıniya Prezidenti İohannis: Seçkilər buna görə ləğv olub...

Rumıniyada keçirilən prezident seçkilərində ilk turda qalib gələn müstəqil namizəd Kalin Georgeskunun seçki kampaniyası xarici dövlətdən dəstək aldığı üçün seçk...