Matç Messiyə görə ləğv edildi

Matç Messiyə görə ləğv edildi

Çində Argentina və Nigeriya milli komandaları arasında martda keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Hançjou İdman Komitəsi məlumat yayıb.

 

“Məlum səbəblərə görə səlahiyyətli orqanlar oyunun keçirilməsi üçün heç bir şərait olmadığını hesab ediblər və tədbirin ləğvi barədə qərar qəbul edilib”, - məlumatda deyilir.

 

Qeyd edək ki, “Məlum səbəblər” dedikdə argentinalı hücumçu Lionel Messi ilə bağlı vəziyyət nəzərdə tutulur. Belə ki, ötən həftə Amerikanın “İnter Mayami” klubu ilə Honq Konq XI komandası arasında fevralın 4-də keçirilən yoldaşlıq oyunundan sonra qalmaqal yaranıb. Messinin meydana çıxmaması azarkeşləri məyus edib. Honq Konq hökuməti matçın təşkilatçılarından izahat tələb edib. “İnter Mayami”nin baş məşqçisi Gerardo Martino Messinin bud nahiyəsində iltihab olduğu üçün meydana çıxmadığını bildirib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Rusiyanın baş nazirləri arasında görüş BAŞLADI

Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında təkbətək görüş başlayıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, gör...

Dünya turuna çıxan turistlərə TƏCAVÜZ: "Düşündüm ki, öləcəyik..." - FOTO

Əri ilə birlikdə motosikletlə dünya turuna çıxan ispaniyalı turist Hindistanda bir qrup gənc tərəfindən təcavüzə məruz qalıb.   Sfera.az bildir...

Mişel Obama prezidentliyə namizəd olacaq? - Sabiq birinci xanımın ofisindən AÇIQLAMA

ABŞ-nin keçmiş lideri Barak Obamanın həyat yoldaşı Mişel Obama 2024-cü il prezident seçkilərində iştirak etmək niyyətində deyil.   Sfera.az xəbər ver...

Ceff Bezos İlon Maskı ÖTDÜ - REYTİNQ

"Amazon”un qurucusu Ceff Bezos “Bloomberg Billionaires Index”in (BBI) birinci pilləsində yüksələrək İlon Maskı qabaqlayıb.  ...

Polis hansı hallarda vətəndaşı bölməyə apara bilməz? - AÇIQLAMA

Bəzi insanlar bir çox hallarda öz hüquqlarından xəbərsiz olurlar və hüquq mühafizə orqanlarına çağırıldıqda təşvişə düşür, nə edəcəklərini bilmirlər. ...

Azərbaycanda zəlzələ oldu

Ağdaşda zəlzələ qeydə alınıb.   Respublika Seysmoloji Xidmət Mərkəzindən Sfera.az-a verilən xəbərə görə, zəlzələnin maqnitudası 3.5, dərinliyi 3...