“Qalatasaray"ın ulduzuna Ərəbistandan TƏKLİF - 10 milyonu rədd etdi

“Qalatasaray

"Qalatasaray"ın 36 yaşlı ulduz futbolçusu Dries Mertensə Səudiyyə Ərəbistanı klubundan astronomik təklif gəlib.

 

Sfera.az “Fotomaç”a istinadən bildirir ki, səudiyyəlilər hücumçuya 1,5 il müddətinə 10 milyon avro təklif ediblər.

 

Belçikalı futbolçu karyerasını "Qalatasaray"da bitirmək istədiyi üçün təklifi rədd edib.

 

Qeyd edək ki, Mertens mövsümün sonunda futboldan ayrılacağını açıqlayıb. O, bu mövsüm 33 matçda oynayıb. Futbolçu 5 qol vurub, 6 məhsuldar ötürmə edib.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR