\"Son vaxtlar onun perfomansı pis deyil\" -  Qurban Qurbanov

\

“Qarabağ” Azərbaycan Premyer Liqasının 15-ci turunda öz meydanında “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.

 

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal əldə etdik. Futbolçular çox əziyyət çəkdi. Hesab bizi aldada bilər. Amma oyun tam da düşündüyümüz, istədiyimiz kimi alınmadı. Maraqlı oyun keçdi. Azarkeşlər üçün baxımlı matç oldu. “Qəbələ” son oyunda da çox yaxşı performans göstərmişdi, bu gün də şahidi olduq. İlk dəqiqələrdən görünürdü ki, uduzmaq istəmirlər.

 

- Yeni gələndə Juninyo tənqid olunurdu. Amma artıq qollarını vurur və vacib fiqura çevrilib. Demək olar ki, indiki Juninyo “Çaveş”də görüb bəyəndiyinizdir, yoxsa daha artığını gözləyirsiz?

 

- Burada daha yaxşıdır. İki il öncə də onunla maraqlanmışdıq. Sadəcə alınmamışdı. Amma o vaxtlarda oyununu izləyirdik. Əlimizdə imkan düşdü və bundan maksimum yararlana bildik. Son vaxtlar onun perfomansı pis deyil. Amma tam razı deyiləm. Həm mən, həm özü də daha yaxşı Juninyo görmək istəyir. Öz üzərində işləməlidir və daha da yaxşılaşdırılası çox elementlər var. Amma ümumən kollektivə uyğunlaşır, mental olaraq da belədir. Ölkəyə də uyğunlaşır. Nəticə baxımından razı ola bilərəm. Amma tam istədiyim Juninyo deyil.

 

- Patrik Andrade əvvəlki performansına yaxınalşır?

 

- Ola bilər. Hər şey yaxşılığa doğru gedir. Tam uyğunlaşmağa başlayıb. İdman formasını bərpa edir.Oynadıqca daha yaxşı olacaq. Bacarıq, təcrübə onda var. Qarşıdakı matçlarda çox istərdim ki, daha yaxşı Patrik görüm.

 

- Rəqiblərlə xal fərqiniz artırdız. Futbolçularda rahatlaşma yarana bilər?

 

- Ola bilər. Sırf nəticəyə görə yox, istər-istəməz gərgin, sıx qrafikdir. O, bir az futbolçuları arxayınlaşdıra bilər. Sıx qrafiki nəzərə alaraq, məşqçilər olaraq daha diqqətli olmalıyıq ki, arxayınlıq baş verməsin. Qarşıda heç də asan oyunlarımız yoxdur. Çox vacib qrafiklə giririk. Ola bilər lki, hansısa futbolçuda bu, görünməsin. Futbolçudur da, rahatlığı həmişə axtarır. Bu gün oyunun gedişatında gördüm arxayınlığı. İnsan uğur əldə etdikdə, arxayınlaşma olur. Rəqiblər bunu bağışlamır. Amma oyunun gedişində özlərini ələ ala bildilər. Məni ən çox narahat edən məqam bu və zədələrdir. Kevin Medinanın zədəsi gərgin oyunlarda, daim oynaması ilə bağlıdır. Süni örtükdəki o epizod bəlkə normal ot meydanda olsaydı, daha rahat qəbul edərdi epizodu. Düzdür, qeyri-adi hərəkət oldu. Amma ot örtüyündə topu daha rahat qəbul edərdi. Bəzən elə şeylər var ki, bizdən asılı olmur.

 

- Yeni mərkıəz müdafiəçisi transfer etmək gündəmə gəlib?

- Sırf Medinaya görə yox, ümumən hər mövqedə dəyişiklik etmək istəyirik. Ola bilər ki, belə addım ataq, komandaya mərkəz müdafiəçisi gətirək. 5-6 mərkəz müdafiəçimiz olsa da, bəzən 2 mərkəz müdafiəçisi ilə də qalırıq. Ona görə belə fikrimiz var. O demək deyil ki, indikilərə güvənmirəm. İş prinsiplərimiz bunu tələb edir ki, mövqelərdə sağlam oyunçular olsunr. 

 

- Adama Diakabi və Redon Cicanın ayrılığı gözlənilə bilər?

 

- Hələ ki, heç bir futbolçunun gedişi gözlənilmir.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...