Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu oldu
![Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu oldu](https://sfera.az/photo/orginal/2023/09/22/1695401301_0c052568-533c-351b-825e-d511ec7726e0_850.jpg)
İdman
20:47 / 22.09.2023
8735
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub.
Sfera.az-ın məlumatına görə, o, Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda qızıl medala sahib çıxıb.
31 yaşlı idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gəlib. E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionluğunu qazanıb.
Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.